Daha bir azərbaycanlı Ukraynada həlak olub Digər qardaşı da cəbhədədir

19.04.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Daha bir soydaşımız Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olub.

“AzPolitika” xəbər verir ki, 1997-ci il mayın 29-da anadan olmuş Mövsümov Sənan Baba oğlu aprelin əvvəlində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Onun 25 yaşlı kiçik qardaşı Roman isə hazırda cəbhə xəttində döyüşür.

Valideynlərinin qərarı ilə Sənan doğulduğu Ağcabədi rayonunun Kəbirli kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью