Daha bir Baltikyanı ölkədə NATO təlimləri keçirilir

26.09.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Litva Ordusunun komandanlığı məlumat yayıb. Bildirilib ki, təlimlərdə ölkənin hərbi gəmi və təyyarələri NATO çərçivəsində mütəffiqlərin qoşunları ilə birlikdə müxtəlif tapşırıqları yerinə yetirəcəklər.
Məlumata görə, Litvanın şimal-qərbində yerləşən sahilyanı Palanqa şəhərində keçirilən təlimlər yalnız müdafiə xarakteri daşıyır. Yaranacaq partlayış səsləri ilə əlaqədar yerli sakinlərə də məlumat göndərilib.
NATO Estoniyada təlim keçir
Xatırladaq ki, sentyabrın 18-dən başlayaraq NATO alyansının bayrağı altında digər Baltikyanı ölkədə – Estoniyada da "Pikne" ("İldırım") hərbi təlimləri baş tutmuşdu
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью