Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb Tender saxtakarlığı

22.01.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə bələdiyyə sədrlərinin "ovu" davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aralarında Maltəpə şəhər bələdiyyəsinin sədri Ali Kılıçın da olduğu 32 nəfərə cinayət işi açılıb.

Məlumata görə, onlar "Tender saxtakarlığı"nda ittiham olunurlar.

İttiham aktına əsasən, adıçəkilənlər 7 tender layihəsində qiymətləri şişirtməklə şübhəli əməliyyatlarla yol veriblər: "Əgər iddia təsdiqini taparsa, Ali Kılıç və digərlərinə 5 ildən 12 il 3 aya qədərə həbs cəzaı veriləcək".

Xəbərdə deyilir ki, artıq cinayət işi Anadolu Cəza Məhkəməsinə göndərilib.

Samir Musayev
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью