Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı

25.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

QOL.az xəbər verir ki, Aynur Mikayılova (57 kq) 1/16 final çərçivəsində Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью