Icma.az, Footbal-plus saytına istinadən bildirir.
2-ci liqa təmsilçisi “Şəki Siti” yeni sponsorla anlaşıb.
“Football-plus.az”ın məlumatına görə, “United Payment Azerbajan” şirkəti bu gündən kluba maliyyə dəstəyi göstərməyə başlayıb. Razılıq Futbolun İnkişaf Fondunun “Biznes-klub” layihəsi çərçivəsində əldə olunub.
Daha bir neçə tərəfdaş da layihədə iştirak edəcəyini, bölgə klublarına bu yöndə dəstək göstərəcəyini təsdiqləyib. Yaxın zamanda bununla bağlı tədbir təşkil olunacaq və yekun nəticələr ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Şəki təmsilçisi 7 xalla 12-ci yerdədi.
KƏNAN BAHADIR