Daha bir bölgədə “Məktəbli Kuboku” başladı

01.12.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin birgə əməkdaşlığı çərçivəsində Zaqatala üzrə “Məktəbli Kuboku” turnirinə start verilib.

Futbolpress.az xəbər verir ki, açılış mərasiminin ardından ilk oyunlar keçirilib. Yarışda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 42 məktəbin komandaları qüvvələrini sınayacaqlar.

Daxili birincilik başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında – Regional finallarda təmsil edəcək.

Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью