Icma.az bildirir, Lent az portalına istinadən.
Tayvanın texnologiya şirkəti Asus maliyyə itkiləri və komponent qiymətlərinin artması səbəbilə smartfon bazarından çıxmağa hazırlaşır.
Lent.az xəbər verir ki, məlumata görə, şirkət 2026-cı ildə yeni smartfon təqdim etməməyi planlaşdırır və mövcud modellərin istehsalını dayandırmaq mərhələsinə keçib.
“ROG Phone 9” və “Zenfone 12 Ultra” şirkətin son smartfon modelləri hesab olunur.
Qərara telefon bölməsindəki maliyyə itkiləri, yaddaş komponentlərinin bahalaşması və istehlakçı tələbatının azalması təsir göstərib.
Bununla belə, Asusun bazardan çıxması ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.