Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Bələdiyyələr Birliyi və Mərsin Böyükşəhər Bələdiyyəsinin Cümhuriyyət Xalq Partiyasından seçilmiş sədri Vahap Seçer saxlanılıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, hazırda Seçerin evində axtarış aparılır.
Məlumata görə, Mərsin Prokurorluğunun başlatdığı korrupsiya əməliyyatı çərçivəsində vilayətin Yenişehir və Mezitli bələdiyyələrinin sədrləri də daxil olmaqla, ümumilikdə, 59 nəfər saxlanılıb.