Daha bir cüdoçumuz mübarizəyə başlayır Dünya çempionatı

19.06.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir. 

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübrizəyə qoşulacaq.

 Uşanqi Kokauri (+100 kq) fərdi yarışın 1/32 finalında Serbiya təmsilçisi İqor Vraçarla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью