Daha bir “Daşnaksütyun” nümayəndəsinin evində axtarış aparılır

10.07.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistanda hüquq-mühafizə orqanları bu gün növbəti dəfə müxalif yönümlü şəxslərlə bağlı əməliyyat keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə axtarışlar ARF “Daşnaksütyun” partiyasının Büro üzvü olmuş Qrant Markaryanın evində aparılır.

Hadisənin təfərrüatları hələlik açıqlanmasa da, bu, Ermənistan müxalifətinə qarşı son günlərdə intensivləşən hüquqi təzyiqlərin davamı kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью