Daha bir deputatın səlahiyyətlərinə xitam verilir

15.10.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq.

Globalinfo.az xəbər verir ki, sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

O, oktyabrın 15-dən etibarən, vəzifəsinin icrasına başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью