Daha bir direktor barəsində tədbir görüləcək

21.05.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Səhhətimdə heç bir problem yoxdur".

Milli.Az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında işdən çıxarıldığı iddia edilən 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova deyib.

O, hazırda işdə olmadığını və onun haqqında yazılanlardan xəbərsiz olduğunu bildirib:

"Hazırda işdə deyiləm. Hər şey qaydasındadır. İşdən də çıxmamışam".

Qeyd edək ki, Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Təhsil İdarəsindən isə bildirilib ki, Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью