Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yəməndən olan Husilərin hücumları fonunda Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi yardımın göstərilməsini təsdiqləyib.
SİA xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İhbariyə" telekanalı məlumat yayıb.
Qərara əsasən eskalasiyalar gərginləşəcəyi təqdirdə Misir Səudiyyə Ərəbistanına müdafiəyə dəstək məqsədilə hərbi kontingent göndərəcək.
Bundan əvvəl Misir parlamentində Səudiyyə Ərəbistanına hərbi dəstəyin göstərilməsi ilə bağlı qapalı müzakirələr aparılıb. Misir mediasının məlumatına görə, müzakirələr zamanı təxminən 500 deputat çıxış etmək üçün müraciət edib.
Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, prezident Milli Müdafiə Şurası ilə məsləhətləşmədən və parlament üzvlərinin üçdə ikisinin razılığını almadan müharibə elan edə və ya silahlı qüvvələri xaricə göndərə bilməz.
Əs-Sisinin sədrlik etdiyi Milli Müdafiə Şurası ötən həftə bu təşəbbüsü təsdiqləyib. Əs-Sisi Səudiyyə Ərəbistanına hərbi dəstəyin yalnız müdafiə xarakteri daşıyacağını vurğulayıb.
Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı aktiv döpyüş əməliyyatları aparır.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Yaponiyanın keçmiş Baş naziri vəfat edib
FSB Cənubi Qafqaz ölkələrindən birində olduğunu bildirdiyi şəxsə cinayət işi açdı
"Seçkilərdə uduzduq" - Vuçiçdən ETİRAF
Putin və Tramp bu şəhərdə görüşəcəklər - Peskov açıqladı
Aleksandr Vuçiçin anasına hücum edən şəxs YAXALANIB
Moskvadakı bütün hava limanları BAĞLANDI - təcili
Paşinyanın partiyası seçkilərdə böyük üstünlüklə qalib gəlir
Fransadakı aksiyalarda saxlanılanların sayı 1,3 mini ötüb - Nazirlik
Ukraynalı deputat minaya düşüb
Ən çox hücum Polşada baş verib...