Daha bir dünya lideri USAID in pozucu fəaliyyətindən danışdı

06.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın baş naziri Viktor Orban Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarını alqışlayıb.

Missiya.Az xarici mediayaya istinadən xəbər verir ki, hökumət başçısı Macarıstanda müxalif medianın maliyyələşdirilməsinin  Amerikanın bu strukturu vasitəsilə həyata keçirildiyini deyib

“Göründüyü kimi, USAID əvvəlki ABŞ administrasiyası dövründə Brüsseldəki ultra mütərəqqi “Politico” qəzetini və Macarıstanda faktiki olaraq bütün solçu medianı maliyyələşdirib. Və mənə “ilin pozucusu” adını verdilər. Düşünürəm ki, Prezident Donald Trampa minnətdar olmalıdır”, – Orban vurğulayıb.

Elcan

Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью