Daha bir əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çəpgözlük (strabizm) əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilir.
Globalinfo.az bildirir ki, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 379 çəpgözlük əməliyyatı icra olunub.
Əməliyyatın məqsədi xəstələrin görmə qabiliyyətini bərpa etmək və ya saxlamaqdır.
Uşaqlıq dövründə vaxtında aparılan konservativ müalicə tədbirləri və cərrahi əməliyyat görmə qabiliyyətinin bərpası və sosial həyat keyfiyyətinin artırılması üçün mühüm əhəmiyyət daşıyır.
Əməliyyatın 3-5 yaşlarda icra edilməsi daha məqsədəuyğundur.
Çəpgözlük əməliyyatı müdaxilə olunan əzələlərin sayına görə dəyişir və 1-2 saat davam edə bilir.
Sözügedən əməliyyat pasiyentin ümumi vəziyyətindən və yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında icra olunur.
Tam oxu
Xəbəri oxu