Daha bir FETÖ əməliyyatı Məmur və hərbçilər TUTULDU

18.11.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfərin həbsinə order verib.

Modern.az xəbər verir ki, saxlanılanlar arasında 8-i hazırda xidmətdə olan, 10-u isə işdən çıxarılmış və ya təqaüdə göndərilmiş hərbçilərdir. Digər 3 nəfər dövlət qurumlarının əməkdaşlarıdır.

Prokurorluğun məlumatına görə, həmin şəxslər FETÖ-nün “gizli xidmət” adlandırılan strukturu ilə əlaqələrdə ittiham olunur.

Araşdırmalar nəticəsində onların Ankara şəhərinin müxtəlif ərazilərində yerləşən stasionar telefon nömrələrindən istifadə edərək kuratorları ilə əlaqə saxladıqları müəyyən edilib.

Hazırda ölkənin 9 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyatlar aparılır və şübhəlilərin saxlanılması davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью