Daha bir futbolçu “Sumqayıt”ı TƏRK EDİR

24.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Sumqayıt”da “yarpaq tökümü” davam edir.
Bizim.Media xəbər verir ki, klubu tərk etmək istəyən oyunçular arasında Rövlan Muradov da var. Onunla “Araz Naxçıvan” ciddi şəkildə maraqlanır.
Hazırda futbolçu Naxçıvan təmsilçisi ilə danışıqları davam etdirir. Əgər danışıqlar müsbət yekunlaşsa, Muradov elə qış fasilədində klubunu dəyişə bilər.
Əks halda keçid yayda reallaşa bilər. Xatırladaq ki, bir müddət əvvəl “Turan Tovuz”un Rövlan Muradovla maraqlanması barədə xəbər yayılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью