Daha bir futbolçumuz Polşa klubuna keçir

02.03.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daha bir azərbaycanlı futbolçu Polşada çıxış edəcək.
Bizim.Media xəbər verir ki, son olaraq Latviyada “Qrobinya”da oynamış Nazim Məmmədzadə Polşa 3-cü liqasında çıxış edən “Flota” ilə anlaşıb. Artıq Məmmədzadə bu klubla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Həmyerlimiz artıq Polşaya yollanıb və rəsmi müqavilə imzalayıb, sənədləri də federasiyaya göndərilib və qarşıdakı matçlarda meydana çıxa biləcək. Müdafiəçi və yarımmüdafiəçi kimi oynaya bilən 24 yaşlı futbolçu “Renova”(Ş.Makedoniya), “Moralo”, “Marino Luanko”(hər ikisi İspaniya), “Qrobinya”da oynayıb.
Qeyd edək ki, Rahil Məmmədov və Renat Dadaşov "Radomyak"da, Ricat Qarayev isə "Czarni Polaniec"də oynayır.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью