Daha bir gəmiyə DRON HÜCUMU: 2 azərbaycanlı həlak oldu VİDEO

10.09.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qalıb.

Lent.az xəbər verir ki, Qara dənizdə qeydə alınıb.

"Mert Marine Corporation" şirkətinə məxsus Somali bayrağın altında üzən "TEDY" gəmisi əvvəlcə dünən səhər saatlarında Odessa limanı yaxınlığında dron hücumuna məruz qalıb. Gəmi bu gün gecə saatlarında Konstansa limanina doğru gedərkən yenidən 2 dron tərəfindən vurulub.

Gəminin göyərtəsində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya və 1 Ukrayna vətəndaşı olub. Hadisə nəticəsində 2 azərbaycanlı dənizçi Aslan Əliyev və Asim Qasımovun həlak olduğu bildirilir.

Yanıq xəsarətləri alan digər 2 azərbaycanlı isə hazırda Odessa şəhərində xəstəxanada müalicə alırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью