Daha bir general həbs edildi Nədə ittiham olunur?

22.01.2025

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ildə Xarkov vilayətinin qeyri-adekvat müdafiəsində ittiham olunan Xarkov əməliyyat-taktiki idarəsinin keçmiş komandiri, briqada generalı Yuri Qaluşkin iki ay müddətinə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, müvafiq qərarı Ukrayna paytaxtının Peçerski Rayon Məhkəməsi qəbul edib.

"Dövlət İstintaq Bürosu Qaluşkindən hərbi xidmətə etinasızlıqda şübhələnir", - məlumatda deyilir.

Bundan əvvəl Ukrayna Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurları ilə əlaqədar Ukrayna Silahlı Qüvvələrinin iki generalının saxlandığını təsdiqləyib.

Tural

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью