Konkret.az saytına istinadən Icma.az xəbər verir. Dekabrın 31-də Moskvada daha bir yüksək rütbəli rus generalının təntənəli dəfn mərasimi ke
Ölən şəxs Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunları komandanının müavini, general-mayor Konstantin Smeşkodur.
Onun ölüm şəraiti məlum deyil, yalnız tarix məlumdur – dekabrın 26-sı.
KONKRET.az xəbər verir ki, bu barədə bir sıra Rusiya KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, Smeşko bu vəzifəni 2017-ci ildən tuturdu.
2014-cü ildə Krımın işğalında iştirak edib, xüsusən Rusiya Federasiyası ərazisindən müvəqqəti işğal olunmuş yarımadaya bərə keçidləri yaradıb.
Rus generalın hansı şəraitdə öldüyü məlum deyil. Onun ölüm tarixi dekabrın 26-dır.
Lakin məlumdur ki, dekabrın 25-də Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Lqov şəhərindəki 810-cu dəniz piyada briqadasının komanda məntəqəsinə hücum edib.
Bu hücum nəticəsində əksəriyyəti yüksək rütbəli zabitlərdən ibarət 18 rus hərbçisi öldürülüb.