Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. Bakıda bəzi estetik həkim və kosmetoloqların həyata keçirdikləri əməliyyat və prosedurlar
Lent.az medicina.az-a istinadla xəbər verir ki, ixtisasca həkim olmayan daha bir kosmetoloqun qurbanı olan qız hətta koma vəziyyətinə düşüb.
Şikayətçi Ləman Məhərrəmova bacısının botoks prosedurundan sonra vəziyyətinin pisləşdiyini və reanimasiyaya yerləşdirildiyini bildirib.
"Bacım N. sosial şəbəkədə aktiv olan, profilində BDU-nu bitirdiyini qeyd edən Fidan Sadıqova adlı kosmetoloqa inanaraq, onun yanına gedib.
Alnına əzələni dondurub qırışları açan botoks proseduru etdirib. Elə həmin gün bacımın halı dəyişdi.
Üç gün sonra lap pisləşdi, biz ona müəyyən müalicələr edirdik.
Bir həftə sonra gördük ki, özünü idarə edə bilmir, ürəyi çırpınır, qusur, gözləri bulanırdı. Göz qapağının biri aşağı endi.
Tez kosmetoloqa yazdıq, heç özü cavab vermədi, köməkçisi dedi ki, buzlu kompres qoyun, keçəcək.