Daha bir güləşçimiz Dünya çempionu oldu

25.10.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala layiq görülüb.

Adalet.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Moldova idmançısı Aleksandrin Qutuya 8:3 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər üzvü Eldəniz Əzizli 55 kiloqram çəki dərəcəsində İran güləşçisi Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşinci dəfə dünya çempionu olub.

Beləliklə, Azərbaycan güləşçiləri Astanada keçirilən dünya çempionatının ikinci günündə 2 qızıl medal qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью