Daha bir həkim əməliyyat zamanı canlı yayım açdı VİDEO

10.02.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Daha bir həkim əməliyyat zamanı "TikTok"da canlı yayım açıb.

"Unikal"ın məlumatına görə, bu, "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayevdir.

Belə ki, bu gün R.Ağayevin "TikTok" sosial şəbəkəsindəki səhifəsində əməliyyat zamanı canlı yayım açılıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən bu kimi halların qanunsuz olduğu bildirilib. Əməliyyat zamanı canlı yayım açan bəzi həkimlər də daha əvvəl cəzalandırılıb.

Seymur Əli



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью