Daha bir həkimin əməliyyat zamanı canlı yayım açdığı görüntülər yayıldı

08.07.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Amerikada yaşayan jurnalist Qənirə Ataşova daha bir həkimlə bağlı paylaşımıyla gündəmə gəlib. 

Axşam.az xəbər verir ki, videoda Azərbaycanda həkimin əməliyyat zamanı TikTok-da canlı yayım açmağı əks olunub. 

Görüntüdə həkimin xəstənin ayağını amputasiya etdiyi yazılıb.

Canlı yayım zamanı danışan xanım isə "Diz oynağının endoprotezi" deyə, bildirib. Videolardan birində isə əməliyyatı Aqşin Məmmədov adlı həkimin etdiyi, canlı yayımın həmin profildən açıldığı öz əksini tapıb. 

Travmatoloq-ortoped Aqşin Məmmədov sosial şəbəkədə çalışdığı yer kimi "Medera hospital"ı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью