Daha bir HƏMAS komandiri öldürüldü

27.11.2024

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Qəzza zolağında HƏMAS briqadasının snayper bölməsinin yüksək rütbəli "komandir"i Mumin Əl-Cəbari öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Əl-Cəbari Qəzza zolağında İsrail əsgərlərinə qarşı terror hücumları həyata keçirib.

Keçmiş məktəb binasında gizlənən “HƏMAS” üzvü İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürülüb.

Vurğulanıb ki, hücumdan əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün addımlar atılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью