Daha bir HƏMAS lideri öldürüldü FOTO

18.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

HƏMAS liderlərindən biri olan Məhəmməd Sinvar və  10 köməkçisi Qəzza zolağının cənubunda tuneldə ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” nəşri məlumat yayıb.

“HƏMAS-ın hərbi qanadının lideri Əl-Qəssamın meyiti Xan Yunis şəhərində tuneldə tapılıb. Bundan əvvəl, onun taleyi məlum deyildi. Sinvar bir neçə gün öncə İsrailin hava hücumları nəticəsində öldürülüb. İsrail hərbçilərinin basqınları zamanı Rəfah briqadasının komandiri Məhəmməd Şabana da məhv edilib”, – nəşr qeyd edib.

Xatırladaq ki, Məhəmməd Sinvar 2024-cü ilin oktyabrında qrupa rəhbərlik edən qardaşı Yəhya Sinvarın ölümündən sonra HƏMAS-ın hərbi qanadının lideri olub.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью