Daha bir həmyerlimiz Rusiya Ukrayna müharibəsində həlak oldu

23.02.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həyatını itirib.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsində ölən şəxs Cəlilabad şəhər sakini, 48 yaşlı Azər Maarif oğlu Cəlilovdur.

Məlumata görə, A.Cəlilov müharibənin gərgin döyüşlərinin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və Moskva şəhərində fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi artıq doğulduğu Cəlilabad şəhərinə gətirilərək dəfn olunub.//APA


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью