Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu transferin bütün detallarını razılaşdırıb və 30 yaşlı futbolçu üçün 58,4 milyon avro ödəyəcək. “Aston Villa” əlavə olaraq bonuslar şəklində daha 2 milyon avro əldə edə bilər.
2025/26 mövsümündə Uotkins 55 oyunda 21 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” onun bazar dəyərini 25 milyon avro qiymətləndirir. Hücumçunun “Aston Villa” ilə qüvvədə olan müqaviləsi 30 iyun 2028-ci ildə başa çatır.
“Əl-Hilal” 2026/27 mövsümünə iki qələbə ilə başlayıb. Komanda “Əl-Feysali”ni 4:2, “Əl-Feyha”nı isə 3:0 hesabı ilə məğlub edib. “Əl-Hilal” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.(lent.az)