Daha bir idmançımız Avropa çempionu oldu

15.11.2024

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.

"Unikal" xəbər verir ki, idmançımız 57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (60 kq) da qızıl medal qazanıb.

Aydan Vəliyeva (52 kq) isə həlledici mərhələdə uduzaraq gümüş medalla kifayətlənib. Rüfət Şövlətov (73 kq) isə bürünc medal uğrunda qarşılaşmada qələbə qazanıb


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью