Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin “Everton” klubu təcrübəli hücumçu Ceymi Vardini heyətinə cəlb etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Bildirilir ki, yay transfer pəncərəsində heyətinə yeni hücumçu qata bilməyən “göylər” 39 yaşlı ingilislə yaxından maraqlanır. Hazırda Liverpul təmsilçisinin sərəncamında cəmi 18 meydan oyunçusu yer alır.
Vardinin son dayanacağı İtaliyanın “Kremoneze” klubu olub. O, 2025/26 mövsümündə meydana çıxdığı 29 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya klubu ilə müqavilə müddəti başa çatan təcrübəli forvard hazırda azad agent statusundadır.
Vardiyə “Everton”la yanaşı, “San-Paulu”, “Rekshem” və “Vest Hem” klublarının da diqqət yetirdiyi bildirilir.