Daha bir İran yük maşını Qafanda qəzaya uğradı

13.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İrandan gələn daha bir yük avtomobili Zəngəzur ərazisində qəzaya uğrayıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, ötən gün Mehri-Qafan yolunun 62-ci kilometrliyində İran İslam Respublikası vətəndaşı 45 yaşlı Yusif L. idarə etdiyi “Mersedes” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və hərəkət zolağından sola çıxaraq aşıb.

Qəza nəticəsində sürücü Yusif L. bədən xəsarətləri ilə Qafan Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, İran yük maşınları Azərbaycan ərazisindən keçən 21 km-lik daha normal avtomobil yolundan rüsum ödəməmək üçün istifadə etmirlər, nəticədə dolayı və təhlükəli yolda vaxtaşırı olaraq qəzaya düşürlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью