Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lerik rayonunun Soru kəndində sakinlər yol problemini öz imkanları hesabına həll etməyə çalışırlar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, kənd sakinləri gediş-gəlişi rahatlaşdırmaq məqsədilə daxili yolların təmirinə başlayıblar.
Belə ki, əvvəllər istifadəyə yararsız vəziyyətdə olan yolun bərpası üçün sakinlər öz vəsaitləri hesabına mişardaşı alaraq təmir işləri aparırlar.
Diqqətçəkən məqam isə yolun asfalt deyil, mişardaşı ilə döşənməsidir. Sakinlərin sözlərinə görə, bu material daha dözümlü və uzunömürlü olduğundan seçim məhz onun üzərində dayanıb.
Qeyd edək ki, oxşar təşəbbüs bundan əvvəl Şamaxı rayonunun Göylər kəndində də həyata keçirilmişdi.