Daha bir klub Asensioya “elçi düşdü”

09.06.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fənərbağça”nın futbolçusu Marko Asensio karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Vilyarreal” ispan yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. La Liqa klubu Asensio üçün danışıqlara başlayıb.

Marko başa çatan mövsümdə Super Liqada 25 oyunda 11 qol vurub, 13 məhsuldar ötürmə edib.

Daha əvvəl “Real Sosyedad” və “Espanyol”un 30 yaşlı futbolçunu transfer etmək istədiyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью