Daha bir klub Qarabağın hücumçusunu transfer etmək istəyir

26.12.2024

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın hücumçusu Redon Cicaya Albaniyadan növbəti təklif var.

Sportal.az xəbər verir ki, "Partizani"dən sonra "Eqnatiya" da alban futbolçunu transfer etmək istəyir. Bu barədə "balkanweb.com" saytı məlumat yayıb.

Super Liqa təmsilçisi qış transfer pəncərəsi zamanı 26 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Qarabağ" Redon Cicanı ötən ilin yanvar ayında "Tirana"dan transfer edib. Albaniya millisinə də dəvət almış ön xətt oyunçusu bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью