Daha bir klub Türkiyə Kubokundan imtina edib

09.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Superliqa təmsilçilərindən "Kasımpaşa" 2024/25 mövsümündə Türkiyə Kubokunda iştirak etməmək qərarına gəlib.

Oxu.Az Türkiyə Futbol Federasiyasına (TFF) istinadla xəbər verir ki, "Kasımpaşa"nın bu mövsüm kubokda iştirak etməyəcəyi rəsmiləşib.

TFF-nin müvafiq idarə heyətinin bu vəziyyətlə bağlı lazımi qiymətləndirmələri aparacağı bildirilib.

Qeyd edək ki, TFF bundan öncə "Fənərbağça"nın da bu mövsüm Ziraat Türkiyə Kubokunda iştirak etməyəcəyini açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью