Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
I Liqada mübarizə aparacaq “Şimal”ın ev oyunlarını keçirəcəyi stadion məlum olub.
Futbolpress.az xəbər verir ki, Xaçmaz təmsilçisi rəqiblərini Şamaxıda qəbul edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın ev oyunları Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçiriləcək.
“Şimal” I Liqada ilk turda “Gəncəbasar”la qarşılaşacaq. Görüş sabah baş tutacaq.
Şamaxıda əsas stadionda isə Premyer Liqa təmsilçiləri “Şamaxı” və “Araz-Naxçıvan” oyunlarını keçirəcək.