Daha bir legioner “Neftçi”dən GEDİR

07.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. 
Bizim.Media xəbər verir ki, Kilan Lebon öz istəyi ilə komandadan ayırılıb.  
Özünü komandada xoşbəxt hiss etməyən Lebon ayrılıqla bağlı istəyini məşqçilər korpusuna və rəhbərliyə bildirib.
Kilanın bu müraciəti müsbət qarşılanıb və onla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Qeyd edək ki, Lebon 2023-cü ilin yanvar ayında komandaya qoşulub. 2025-ci ilin iyul ayında m üqaviləsi bitəcək futbolçu bu mövsüm "Neftçi" forması ilə 16 matçda iştirak edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью