Daha bir legioner transferi gözlənilir Azər Bağırov

24.07.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Daha bir legioner transferi gözlənilir. Demək olar ki, komandanı hazır duruma gətirmişik".

Bu sözləri Fanat.Az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov deyib.

Bu yay "Kəpəz"dən ayrlaraq "bənövşəyilər"in "sükanı arxası"na keçən mütəxəssis işin əsas hissəsini gördüklərini vurğulayıb:  "Ola bilsin ki, bir gənc futbolçu da dəvət edək. Yəni məşq prosesinin keçirilməsi, həmin oyunçuların inkişafı üçün bir plan fikirləşirik. Ümumilikdə belə demək olar ki, qışa qədər transfer etməyəcəyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Açığı, heç qışdan sonra da transfer etmək istəmərik". 

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью