Daha bir mədən faciəsi: Ölənlər var

31.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində yerləşən Masisi bölgəsindəki koltan (kolumbit-tantalit sözünün qısaldılması red.) mədənində baş verən uçqun nəticəsində, ilkin məlumatlara görə, azı 226 işçi dünyasını dəyişib.

"Cebheinfo.az" xəbər verir ki, bir neçə gündür davam edən şiddətli yağışlar fonunda Rubaya şəhərindəki koltan mədənində işçilər yeraltı quyularda çalışarkən uçqun baş verib.

İlkin müəyyən edilmiş rəqəmlərə əsasən, torpaq altında qalan azı 226 mədənçi həyatını itirib. 

Uçqundan yaralı olaraq xilas edilən işçilər ilkin tibbi yardımdan sonra Qoma şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Bölgədə nəqliyyat imkanlarının məhdud olması və mədən işlərinin böyük ölçüdə qeyri-nizamlı şəkildə aparılması səbəbindən axtarış-xilasetmə tədbirləri çətinliklə davam etdirilir.

Bölgədəki mədən fəaliyyətlərinin ciddi nəzarətdən kənar qalması və təhlükəsizlik infrastrukturunun olmaması səbəbindən bu növ uçqunlar tez-tez baş verir.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında Masisidəki mədən sahəsində baş verən bənzər hadisə zamanı da 17 işçi həyatını itirmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью