Daha bir məhkum həbsdə ölüb

05.11.2024

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Əliheydər Cavadov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Əliheydər Cavadov Bakının Maştağa qəsəbəsindəndir. O, 2020-ci ildə narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunub.
Ə. Cavadov yaşadığı Maştağa qəsəbəsi ərazisində narkotik plantasiyası salıbmış(Lent.az).

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью