Daha bir məktəbdə biabırçılıq: Bu dəfə üzüktaxma mərasimi RƏSMİ AÇIQLAMA

07.06.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Tovuzda valideynlərin orta məktəb müəlliminə hədiyyə verməsi qalmaqala səbəb olub.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd olunub ki, valideynlər Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin barmağına üzük taxıblar. 

Görüntülərdə həmçinin valideynlərin üzük taxmaq üçün sıraya düzülməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev "Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən faktla bağlı ciddi tədbirlər görüləcək.

Onun sözlərinə görə, Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbində baş verən hadisə hazırda Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) isə hadisənin araşdırıldığı və yaxın saatlarda mediaya rəsmi məlumat veriləcəyi bildirilib.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: məktəb biabırçılıq mərasim Səbuhi Rzayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью