Daha bir məmur külli miqdarda qızılla tutuldu Bakı aeroportunda əməliyyat VİDEO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

30.12.2024

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.

Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.

\Bakupost.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью