Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universitetinin 3-cü korpusunda əsaslı təmir işləri aparacaq.
BAKU.WS-in məlumatına görə, satınalma çərçivəsində universitetin korpusunun yenidən qurulması və ərazinin müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.
Layihə çərçivəsində ilk növbədə korpusun yerləşdiyi ərazinin abadlaşdırılması planlaşdırılır. Buraya avtomobil və piyada yollarının yenilənməsi, küçə işıqlandırma dirəklərinin quraşdırılması, tullantılar üçün konteyner zonalarının yaradılması, avtodayanacaq və yaşıllıq sahələrinin təşkili daxildir.
Bundan əlavə, binanın elektrik, su, kanalizasiya, suvarma sistemi, videomüşahidə və digər kommunikasiya xətlərinin layihələrinin hazırlanması nəzərdə tutulur.