Daha bir MLS klubu De Bröyne üçün mübarizəyə qoşuldu Danışıqlar başladı

16.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

MLS-in "Çikaqo Fayr" klubu "Mançester Siti"nin və Belçika millisinin ulduz yarımmüdafiəçisi Kevin De Bruyne üçün mübarizəyə qoşulub.

Fanat.Az xəbər ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, Amerika klubu artıq De Bröyne ilə danışıqlara başlayıb. Çikaqo təmsilçisi ona cəlbedici layihə təqdim edib. Belçikalı yaxın günlərdə karyerası ilə bağlı bütün variantları dəyərləndirəcək.

Daha əvvəl "İnter Mayami"nin onunla maraqlandığı haqda xəbər yayılmışdı.

De Bröyne mövsümün sonunda azad agent kimi "Mançester Siti"ni tərk edəcək. 33 yaşlı belçikalı 2015-ci ildən İngiltərə çempionunda çıxış edir.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью