Daha bir mövsüm “Neftçi”də: “Təkliflər oldu, ancaq…”

24.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayev daha bir mövsüm “ağ-qaralar”da qalacaq.

Bu barədə mütəxəssis “Futbolpress.az“a açıqlamasında bildirdi. Abdullayev təkliflərin olmasına baxmayaraq, qarşıdakı mövsümdə də “Neftçi”də işləyəcəyini qeyd etdi:

“Daha bir mövsüm “Neftçi”də qalacağam. Təkliflər oldu, ancaq burda olmağı seçdim. Gələcəkdə yaxşı layihəli təklif olarsa, dəyərləndirə bilərəm. İndi isə “Neftçi”də qalmağa qərar vermişəm”.

Abdullayev 2016-cı ildən “Neftçi”də çalışır. O, 2022-ci ildən əvəzedici komandaya rəhbərlik edir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью