Daha bir müəllim 60 bal TOPLADI

18.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sumqayıt şəhərində keçirilən müəllimlərin sertifikasiya imtahanında müəllim maksimum nəticə göstərib. Belə ki, o, bütün suallara düzgün cavab verərək 60 bal toplayıb.

Redaktor.az xəbər verir ki, sevincini "Azərbaycan müəllimi" ilə bölüşən Leyla Nuriyeva təsviri incəsənət müəllimidir.

6 ildir pedaqoji fəaliyyətlə məşğul olan Leyla müəllim Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə işləyir. Qeyd edir ki, ixtisası üzrə özü dərsliklərlə hazırlaşıb, kurikulum üzrə isə müəllim köməyindən istifadə edib:
"Mən çox çalışdım və əməyimin bəhrəsini gördüm. Müəllimlərə tövsiyə edirəm ki, öz üzərlərində yaxşı çalışsınlar. Zəhmət çəkdikdə mütləq yaxşı nəticə əldə etmək olur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью