Daha bir neçə idman federasiyası fəaliyyətini dayandırdı

29.11.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası fəaliyyətini dayandırıb.

Qeyd edək ki, bu qurumlar 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərirdi. Daha öncə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası və Naxçıvan Muxtar Respublikası Boks Federasiyası da fəaliyyətini dayandırıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью