Daha bir neçə rayonda “Məktəbli Kuboku” keçirilir

31.01.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində daha bir neçə rayonda "Məktəbli Kuboku" turniri keçirilir. Sport24.az xəbər verir ki, Qobustan, Quba, Oğuz, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, İmişli, Şəki, Qax, Göyçay, İsmayıllı və Şamaxı üzrə yarışlarda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla komandalar qüvvələrini sınayırlar.     Daxili birinciliklər başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komandalar rayonları bölgə yarışlarında - Regional finallarda təmsil edəcəklər.     Qeyd edək ki, "Məktəbli Kuboku" turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.       Oğlanlar Oğlanlar Qızlar   Rayonlar 5-ci siniflər 7-ci siniflər 5-ci siniflər Cəmi Quba 14 24 3 41 Cəbrayıl 11 11 8 30 Qobustan 16 17 12 45 Göyçay 18 18 0 36 İsmayıllı 7 18 3 28 Oğuz 0 16 0 16 Şəki 16 32 4 52 Qax 8 14 9 31 Yevlax 30 30 6 66 Ağcabədi 40 41 23 104 Bərdə 36 36 34 106 Tərtər 33 33 31 97 İmişli 18 26 5 49
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью