Daha bir nəfər iranlının narkotik toruna düşdü

16.01.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Xəzər rayonunda saxlanılan narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkarlanıb.

Lent.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Tədbir zamanı qeyd edilən əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Babək Əhmədov saxlanılıb. Ondan ümumilikdə 8 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

B.Əhmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью